Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasının Baş nazirinə başsağlığı verib

Baş nazir Əli Əsədov Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarova başsağlığı məktubu göndərib.
Baş nazir məktubda Rusiyanın Ulyanovsk vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Qırğız Respublikası vətəndaşlarının ölməsi və yaralanmasına görə dərindən sarsıldığını bildirib.
Məktubda Qırğızıstan Nazirlər Kabinetinin sədrinə, habelə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir.



Xəbərlər  Tarix:   23 Avq 2022 / 12:34


« Əvvəlki xəbər (631 / 7292) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR