Prezident İlham Əliyev Konyadan Vətənə böyük qələbə ilə qayıdan idmançılarımızı təbrik edib

Siz bir neçə gün bundan əvvəl Konyadan Vətənə qayıtmısınız, böyük qələbə ilə qayıtmısınız. Ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmısınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm və əldə edilmiş nailiyyətlərlə bağlı sizə öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Azərbaycan xalqı sizinlə fəxr edir. Çünki bütün dünyaya bir daha göstərmisiniz ki, Azərbaycan idman ölkəsidir, Azərbaycan idmançıları öz gücü ilə seçilən idmançılardır.
Bu barədə Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşdəki çıxışında bildirib.
V İslam Həmrəyliyi Oyunlarında dördüncü yerə layiq görülməyin çox böyük nailiyyət olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı. Bildiyiniz kimi, beş il bundan əvvəl Bakıda IV İslam Həmrəyliyi Oyunlarında komandamız birinci yerə layiq görülmüşdür. Bu da təbiidir. Çünki öz doğma divarları həmişə idmançılara əlavə kömək göstərir. Bu dəfə isə çox gərgin mübarizə nəticəsində biz dördüncü yerə layiq görüldük. Onu da bildirməliyəm ki, Oyunlarda ölkələrin ən güclü idmançıları iştirak edirdilər. Bizim idmançılarımız 99 medal qazanaraq, - onlardan 29-u qızıl medaldır, - bir daha ölkəmizin gücünü göstərmişlər. Yəni, bu, doğrudan da böyük nailiyyətdir”.
Xatırladaq ki, avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 282 idmançı ilə təmsil olunan ölkəmiz ümumi sıralamada 99 medalla 55 ölkə arasında 4-cü oldu. 24 idman növündən 22-də təmsil olunan Azərbaycan 19 proqramda 29-u qızıl, 36-sı gümüş və 34-ü bürünc olmaqla, ümimilikdə 99 medal qazandı.
Aşağıdakı idmançılar Oyunların mükafatçıları sırasında yer aldılar.
V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının nəticələri
(9-18.08.2022)
QIZIL MEDAL (29)
1. Hanna Skidan – atletika, çəkicatma
2. Fəridə Əzizova – taekvondo (67 kq)
3. Hacı Əliyev - sərbəst güləş (65 kq)
4. Turan Bayramov - sərbəst güləş (74 kq)
5. Leyla Qurbanova - qadın güləşi (53 kq)
6. Mariya Stadnik - qadın güləşi (50 kq)
7. İvan Tixonov – idman gimnastikası
8. Eldəniz Əzizli – yunan-Roma güləşi (55 kq)
9. Rafiq Hüseynov – yunan-Roma güləşi (82 kq)
10. Həsrət Cəfərov yunan-Roma güləşi (67 kq)
11. Jalə Əliyeva - qadın güləşi (57 kq)
12. Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova - bədii gimnastika komanda
13. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina - bədii gimnastika, qrup hərəkətləri komandası, çoxnövçülük
14. Vladimir Dolmatov – aerobika gimnastikası
15. Vladimir Dolmatov, Mədinə Mustafayeva - aerobika gimnastikası, qarışıq cütlük
16. Zöhrə Ağamirova – bədii gimnastika, gürzlərlə hərəkətlər
17. Zöhrə Ağamirova - bədii gimnastika, lentlə hərəkətlər
18. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina - bədii gimnastika, 3 lent və 2 topla hərəkətlər
19. Balabəy Ağayev - cüdo (60 kq)
20. Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova, Səbinə Kərimova - qılıncoynatma, sablya, qadınlar, komanda
21. Fuad Qurbanov, Nurlana Cəfərova – atıcılıq, skeet, qarışıq komanda
22. Ramil Vəlizadə - üzgüçülük, 200 m, butterfly
23. Azərbaycan milli komandası – basketbol 3x3, qadınlar
24. Azərbaycan milli komandası – cüdo, kişilər
25. Ruslan Həsənov, Kənan Əliyev, Barat Quliyev - qılıncoynatma, şpaqa, kişilər, komanda
26. Bəhram Rəcəbzadə - kikboksinq, low kick (91+ kq)
27. Anar Məmmədov – kikboksinq, low-kick (57 kq)
28. Fərid Ağamoğlanov – kikboksinq, full kontact (63.5 kq)
29. İrina Zaretska – karate, kumite (68 kq)
GÜMÜŞ (36)
1. Gözəl Zutova - qadın güləşi (72 kq)
2. İslam Bazarqanov – sərbəst güləş (61 kq)
3. Abubakr Abakarov - sərbəst güləş (86 kq)
4. Yekaterina Sariyeva – atletika, üçətəkanla tullanma
5. Aleksis Kopello – atletika, üçətəkanla tullanma
6. Minayə Əkbərova - taekvondo (46 kq)
7. Nikita Simonov - idman gimnastikası
8. Alyona Kolesnik - qadın güləşi (59 kq)
9. Cavad Ağayev - taekvondo (68 kq)
10. İvan Tixonov - idman gimnastikası
11. Ülvü Qənizadə - yunan-Roma güləşi (72 kq)
12. Elis Manolova – qadın güləşi (65 kq)
13. Murad Məmmədov - yunan-Roma güləşi (60 kq)
14. Sənan Süleymanov - yunan-Roma güləşi (77 kq)
15. Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xoşqədəm Quliyeva – aerobika gimnastikası, komanda
16. Məryəm Şeyxəlizadəxangah – üzgüçülük, 50 m, butterfly
17. Mədinə Mustafayeva – aerobika gimnastikası
18. Polina Kaspiroviç – qılıncoynatma, sablya
19. Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xoşqədəm Quliyeva - aerobika gimnastikası, üçlük
20. Zöhrə Ağamirova - bədii gimnastika, halqa ilə hərəkətlər
21. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina - bədii gimnastika, 5 halqa ilə hərəkətlər
22. Azərbaycan milli komandası – həndbol
23. Nəriman Mirzəyev - cüdo (73 kq)
24. Könül Əliyeva - cüdo (48 kq)
25. Dadaş Dadaşbəyli - ağırlıqqaldırma, birdən qaldırma (102 kq)
26. Ruslan Həsənov - qılıncoynatma, şpaqa
27. Nurlana Cəfərova - stend atıcılığı, skeet
28. Elmar Qasımov – cüdo (100 kq)
29. Azərbaycan milli komandası – basketbol 3x3, kişilər
30. Rəhim Əliyev – kikboksinq, low-kick (71 kq)
31. Ramal Aslanov - kikboksinq, low-kick (75 kq)
32. Camal Məmmədov - kikboksinq, full kontact (54 kq)
33. Saqi Salehli - kikboksinq, full kontact (75 kq)
34. Elvin Ağayev - kikboksinq, full kontact (86 kq)
35. Pənah Abdullayev – karate, kumite (84 kq)
36. Asiman Qurbanlı – karate, kumite (+84 kq)
BÜRÜNC (34)
1. Tatyana Omelçenko - sərbəst güləş (62 kq)
2. Əsgər Məmmədəliyev - sərbəst güləş (70 kq)
3. Hacımurad Ömərov - sərbəst güləş (79 kq)
4. Osman Nurməhəmmədov - sərbəst güləş (92 kq)
5. Nazilə İsmayılova – ağırlıqqaldırma (təkanla) (45 kq)
6. Nazilə İsmayılova – ağırlıqqaldırma (birdən) 45 kq)
7. Nazilə İsmayılova - ağırlıqqaldırma (ümumi) (45 kq)
8. İvan Tixonov - idman gimnastikası
9. Əli Nəbiyev və Cahan Musayev - para-oxatma, komanda, qoşa
10. Azadə Abdullayeva və Cahan Musayev - para-oxatma, komanda, qarışıq qoşa
11. Əliabbas Rzazadə - sərbəst güləş (57 kq)
12. Patimat Abakarova - taekvondo (49 kq)
13. Qaşim Maqomedov - taekvondo (58 kq)
14. Elnurə Məmmədova – qadın güləşi (55 kq)
15. Sabah Şəriəti – yunan-Roma güləşi (130 kq)
16. Zöhrə Ağamirova - bədii gimnastika, topla hərəkətlər
17. Valeriya Bolşakova - qılıncoynatma, sablya
18. Səbinə Kərimova – qılıncoynatma, sablya
19. Telman Vəliyev - cüdo (73 kq)
20. Dinara Sunçəliyeva (Azərbaycan) – Yekaterina İşşenko (Tacikistan) - para-stolüstü tennis, qoşa
21. Azərbaycan milli komandası – voleybol, qadınlar
22. Azərbaycan U-23 komandası - futbol
23. Arzuman Qədimov – kikboksinq, low-kick (63.5 kq)
24. Elxan Əliyev – kikboksinq, full kontact (71 kq)
25. Aysu Dərvişova – kikboksinq, low-kick (56 kq)
26. Qəşəm Məmmədov – kikboksinq, low-kick (67 kq)
27. Bəybala Quliyev – kikboksinq, low-kick (86 kq)
28. Amil Məmmədov – kikboksinq, full kontact (51 kq)
29. Ramiz Məmmədov – kikboksinq, full kontact (60 kq)
30. Roman Heydərov – karate, kata
31. Tural Ağalarzadə - karate, kumite (67 kq)
32. Mədinə Sadiqova – karate, kumite (55 kq)
33. Məryəm Şeyxəlizadəngah - üzgüçülük, 100 m butterfly
34. Azərbaycan milli komandası – cüdo, qadınlar



Xəbərlər  Tarix:   23 Avq 2022 / 13:27


« Əvvəlki xəbər (619 / 7292) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR