Şəmkirdə “Kinoa və yem bitkilərinin fermer təsərrüfatlarında nümayiş əkinlərinin təşkili” mövzusunda təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu təfəindən Şəmkir rayonunda “Kinoa və yem bitkilərinin fermer təsərrüfatlarında nümayiş əkinlərinin təşkili” mövzusunda təlim keçirilib.
Tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, Ağstafa Yardımçı Təcrübə Təsərrüfatının əməkdaşları, Gədəbəy və Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, fermerlər və aqrar mütəxəssislər iştirak ediblər.
Tədbirin məqsədi ənənəvi və qeyri ənənəvi bitkilərin becərmə texnologiyalarının öyrənilməsi, geniş ərazilərdə, o cümlədən, fermer təsərrüfatlarında tətbiqinin nəticələrinin nümayiş etdirilməsindən ibarətdir.
Şəmkir rayonu Morulu kəndində yerləşən fermer təsərrüfatında kinoa bitkisi sahəsinə baxış keçirilib. Kinoa bitkisinin may ayında əkini aparılıb. 90 günlük kinoa bitkisi sahəsində dən məhsulunun yığımı aparılıb.
Fermer təsərrüfatında həmçinin soya və amarant bitkilərinin də əkini aparılıb. Mütəxəssislər tərəfindən təşərrüfata baxış keçirib, lazımi torpaq becərməsi üsulu tövsiyə ediblər. Səpində kinoada səpin norması 5 kq, amarantda 3 kq və soyada 60 kq olmaqla əkin aparılmasında iştirak ediblər. Qeyd edək ki, bütün vegetasiya dövrü ərzində sahələrdə müvafiq müşahidə və qiymətləndirmə işləri həyata keçirilib.
Təlimin sonunda amarant, 30 %-lik amarant unu, buğda kəpəyi və unu, eləcə də amarant, kinoa, çiya və buğda kəpəyi qatqılı təbii maya ilə hazırlanana çörəklərin dequstasiyası keçirilib.



Xəbərlər  Tarix:   23 Avq 2022 / 13:39


« Əvvəlki xəbər (617 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR