AZƏRBAYCAN, İRAN VƏ RUSİYA GÖMRÜK XİDMƏTLƏRİ RƏHBƏRLƏRİNİN ÜÇTƏRƏFLİ İLK GÖRÜŞÜ KEÇİRİLİB

Azərbaycan, İran və Rusiya gömrük xidmətləri rəhbərlərinin üçtərəfli ilk görüşü keçirilib
Avqustun 22-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun, İran İslam Respublikası Gömrük Adminstrasiyasının rəhbəri Əlireza Moqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov gömrük xidməti orqanlarının ilk üçtərəfli görüşünün əhəmiyyətini vurğulayıb və bildirib ki, bu formatda belə görüş ilk olaraq keçirilir. Görüşdə beynəlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsinin önəmi qeyd edilib və hər üç ölkənin iştirakı ilə imzalanacaq tranzitin asanlaşırılması üzrə memorandumun beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasına, Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının genişlənməsinə, İran-Azərbaycan-Rusiya marşrutu üzrə sərhəd-keçid məntəqələrində gömrük tranziti əməliyyatlarının asanlaşdırılmasına, yeni çağırışlar əsasında gömrük nəzarətinin həyata keçirilməsinə əlavə imkanlar yaradacaq. Vurğulanıb ki, Azərbaycanın işgaldan azad olunan ərazilərində yeni yaradılan infrastruktur, yollar, logistika mərkəzləri tranzit imkanlarının artırılmasına və genişlənməsinə xüsusi olaraq təkan verəcək.
Görüş zamanı bildirilib ki, məlumatların əvvəlcədən ötürülməsi və belə mexanizmin yubanmadan tətbiq edilməsi, o cümlədən, konkret icra işlərinin həyata keçirilməsi məsələləri həll olunmaqla dəmiryolu vasitəsilə daşınan yüklər də daxil, sərhəd buraxılış məntəqələrində yük daşımaları da ləngimələrə məruz qalmayacaq, nəqliyyat dəhlizlərinin cəlbediciliyi artacaq, əvvəlcədən aparılan ilkin məlumatların elektron mübadiləsi hesabına gömrük prosedurları asanlaşdırılacaq.
Yekunda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, İran İslam Respublikası Gömrük Adminstrasiyası və Rusiya Federasiyasının Federal Gömrük Xidməti arasında Tranzitin Asanlaşdırılması üzrə Anlaşma Memorandumu” imzalanıb və bu işləri koordinasiya edəcək üç ölkənin gömrük orqanlarının yüksək səviyyəli nümayəndələrinin daxil olacağı komitənin yaradılması nəzərdə tutulub.



Xəbərlər  Tarix:   23 Avq 2022 / 14:51


« Əvvəlki xəbər (606 / 7294) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

tyuttt 26 Noy 2024 / 16:36