“Bitki mühafizəsində bioloji mühafizə üsullarının tətbiqinin perspektivləri” mövzusunda seminar keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun (BMTETİ) Abşeron Təcrübə Stansiyasında kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərverici və alaq otlarına qarşı inteqrir mübarizə sistemlərində bioloji mühafizə üsullarının tətbiqinin genişləndirilməsi, yeni mühafizə texnologiyalarının cəlb edilməsi məqsədi ilə elmi-praktik seminar keçirilib.
Seminarda Abşeron Təcrübə Stansiyasının bioloji mühafizə vasitələrinin istehsalı, sınağı istiqamətində əldə edilən elmi nəticələri, istehsalçı müəssisələrin və elmi-tədqiqat təşkilatlarının mütəxəssisləri qarşısında nümayiş etdirilib.
Həmçinin, Abşeron Təcrübə Stansiyasında feromonlu tutucuların istehsalı və toxumların ekspertizası üzrə qurulmuş laboratoriyalar, istehsal edilmiş feromonlu dispenserlər və tutucu qurğular haqqında iştirakçılara məlumat verilib.
Bundan başqa, kənd təsərrüfatı bitkilərinin vahid sahəsindən maksimum məhsuldarlıq əldə olunması prioritet istiqamətlərdən olduğu üçün stansiyasına yerinə yetirilən elmi işlərin bir hissəsi Abşeron, Muğan və Lənkəran Astara bölgələrində bir ildə iki dəfə tam məhsul alınması üçün təkrar əkin texnologiyalarının yaradılması üzrə yerinə yetirilmiş praktik işlər iştirakçılara nümayiş olunub.
Seminarda ekoloji təmiz bitkiçilik məhsulları istehsalında yeni biotexnoloji vasitələrin cəlb edilməsi haqqında ətraflı müzakirələr aparılıb. Ölkəmizdə bitki sağlamlığı vasitələri istehsalçılarından, yerli və xarici şirkətlərdən müəssisələrlə elmi əməkdaşlıq əlaqələri üzrə əldə olunmuş nəticələr təqdim edilib.
Seminarın sonunda Azərbaycan Standartlaşma İnstitutunun “Pestisidlər, Aqrokimyəvi maddələr və Bioloji preparatların standartlaşdırılması” üzrə Texniki Komitənin fəaliyyəti üzrə yaradılan dövlət standartları təqdim edilib.
Qeyd edək ki, seminarda iştirak edən AMEA-nın, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutlarının və istehsalçı müəssisələrin mütəxəssisləri arasında su resurslarının qorunması və bərpası, ərzaq məhsullarının tərkibində pestisid və aqrokimyəvi maddələrin qalıqlarının tənzimlənməsi və mininmuma endirilməsi istiqamətlərində elmi praktik müzakirələr və əməkdaşlıq əlaqələrinin yaradılması haqqında müzakirələr aparılıb



Xəbərlər  Tarix:   24 Avq 2022 / 13:01


« Əvvəlki xəbər (584 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR