Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi barədə məlumat

23 avqust 2022-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0106017947 ISIN kodlu, tədavül müddəti 1092 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
AZ0106017947 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 105,6 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 45,0 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 97,7278 (gəlirlilik 6,1252%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 24 iyun 2025-ci ildir.



Xəbərlər  Tarix:   24 Avq 2022 / 13:22


« Əvvəlki xəbər (582 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR