İyul ayında mülkiyyət hüququnun qeydiyyatı aparılan daşınmaz əmlak sayı 27 mini ötüb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən innovativ addımlar vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. Tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə səbəb olub.
2022-ci ilin iyul ayı ərzində 27065 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,9% çoxdur.
Aylıq göstəricinin 6311-i (23,3%-i) ilkin, 20754-ü (76,7%-i) isə təkrar qeydiyyatın payına düşür. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə, cari ilin iyul ayı ərzində ilkin qeydiyyat 26,8% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3994-ü fərdi yaşayış və bağ evi, 7790-ı mənzil, 14448-i torpaq sahəsi, 252-si qeyri-yaşayış binası, 520-si qeyri-yaşayış sahəsi, 59-u əmlak kompleksi, 2-si çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, cari ilin iyul ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 27,6%-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.
Dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan verib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə, cari ilin iyul ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,1 dəfə artaraq 2539 olub.
Bu ilin iyul ayı ərzində 21367 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% artım deməkdir. 2022-ci ilin iyul ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 41,5% artaraq 5612 olub.
Qeyd edək ki, ümumilikdə, 2022-ci ilin yanvar-iyul ayları ərzində 195597 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Xəbərlər Tarix: 24 Avq 2022 / 14:07
« Əvvəlki xəbər (569 / 7294) Növbəti xəbər »