Fövqəladə Hallar Nazirliyinin Akademiyasında valideynlərlə görüş keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 1-ci kursa qəbul olunan kursantlar və onların valideynləri ilə görüş keçirilib.
Tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev kursant adını qazanmış gəncləri təbrik edib, valideynlərə övladlarının məhz FHN-in Akademiyasında təhsil alması qərarına görə təşəkkürünü bildirib.
Akademiyada tədrisin təşkili, kursantlar üçün yaradılan şəraitdən söz açan rektor ali təhsil müəssisəsi barədə geniş məlumat verib. Ali təhsil müəssisəsinin fövqəladə hallar orqanlarının ixtisaslı kadrlarla təminatında mühüm rol oynadığını diqqətə çatdıran B.Salayev qeyd edib ki, 2009-cu ildən fəaliyyətə başlayan FHN Akademiyasının qarşısında duran ən başlıca vəzifə xüsusi ixtisaslı ali təhsilli kadrların yetişdirilməsi və onların vətənpərvərlik, dövlət və dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə edilməsidir.
General-mayor Baba Salayev, həmçinin diqqətə çatdırıb ki, Akademiyada peşəkar kadrların yetişdirilməsi və kursantların asudə vaxtlarından səmərəli istifadəsi üçün hər cür şərait yaradılıb. Kursantların təhsili və təlim-tərbiyələri ilə yüksək ixtisaslı mütəxəssislər məşğul olur. Tədris prosesi ilə yanaşı, gənclərin dünyagörüşlərinin formalaşması, intellektual səviyyələrinin və fiziki hazırlıqlarının artırılması istiqamətində də məqsədyönlü fəaliyyət planı tətbiq edilir.
Akademiya rəisinin müavini polkovnik Aslan Hüseynov öz çıxışında kursantlar üçün yaradılmış şəraitdən, tədris, təlim-tərbiyə işlərinin yüksək səviyyədə qurulmasında valideyn əməyinin də əhəmiyyətindən bəhs edib, kursantlara təhsillərində uğurlar arzulayıb.
Görüşdə çıxış edən valideynlər keçirilən səmərəli görüşə və onların övladları üçün yaradılmış hərtərəfli şəraitə görə təşəkkürlərini bildiriblər.



Xəbərlər  Tarix:   26 Avq 2022 / 14:52


« Əvvəlki xəbər (541 / 7292) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR