İrəvan xanının nəticəsi: “Qarabağda olduğuma görə çox xoşbəxtəm”
İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvaninin ailə üzvləri ilə birlikdə Qarabağa ilk səfəri işğaldan azad edilmiş Füzuli rayonundan başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə gerçəkləşən səfər zamanı qonağa Füzuli şəhər mərkəzinin və məscidin dağıntıları nümayiş etdirilib. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı rayon ərazisində dağıdılmış tarixi, mədəni və dini abidələr, törədilmiş ekoloji terror, post-müharibə dönəmində aparılan yenidənqurma və tikinti işləri barədə qonağa ətraflı məlumat verib.
Füzuli hava limanı ilə tanış olarkən Əmir Əli Sərdari İrəvani ilk təəssüratlarını Vəsilə Vahidqızının müəllifi və aparıcısı olduğu “Vətən uzaqda deyil” proqramı ilə bölüşüb.
Bildirib ki, Bakıya ilk dəfə iki il öncə səfər edib: “Qarabağa səfərim arzu olaraq qalırdı. İndi isə mən buradayam. İnanılmazdır, mən Qarabağ bölgəsinə səfər edirəm. Ermənilərin burada törətdikləri dəhşətlidir. Amma eyni zamanda biz belə tikilini də görürük (hava limanını nəzərdə tutur). Bu tikinti işləri regionun simasını tamamilə dəyişir. Mən burada olduğuma görə çox xoşbəxtəm”, - deyə İrəvan xanının varisi hisslərini ifadə edib.
Qeyd edək ki, 1974-cü ildə Tehranda anadan olan Əmir Əli Sərdari İrəvani 2003-cü ildən Almaniyada yaşayır. Alman avtomobil sənayesində araşdırma və inkişaf sahəsində mühəndis kimi çalışır, eyni zamanda etnoqraf və tarixçi kimi də tanınır. O, yerli və beynəlxalq ictimaiyyətə İrəvan xanlığı haqqında dolğun məlumatların çatdırılmasında kifayət qədər fəallıq göstərən şəxslərdəndir.

Xəbərlər Tarix: 26 Avq 2022 / 15:56
« Əvvəlki xəbər (520 / 7293) Növbəti xəbər »