Cüdoçularımız Dünya çempionatının ikinci günündə iki bürünc medal qazandı

25 avqust tarixində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmələr arasında Dünya çempionatının ikinci günündə 2 cüdoçumuz bürünc medal qazanıb.
48 kq çəkidə yarışan idmançımız Aydan Vəliyeva macarıstanlı idmançı Luka Veq ilə mübarizədən qalib ayrılaraq Dünya çempionatının bürünc medalına sahib olub.
60 kq çəkidə cüdoçumuz Nizami İmranov fransalı idmançı Dayyan Boulemtafesə qalib gələrək Dünya çempionatının bürünc medalçısı olub.
66 kq çəkidə cüdoçularımız Nicat Nağıyev yarışı 5-ci Əbil Yusubov isə yarışı 7-ci yerdə tamamlayıb.
Xatırladaq ki, çempionatın ilk günündə -55 kq. çəkidə yarışan cüdoçumuz Şahin Oruczadə gümüş medal qazanıb. Hal-hazırda, Azərbaycan millisinin aktivində 1 gümüş və 2 bürünc medal var.



Xəbərlər  Tarix:   27 Avq 2022 / 11:28


« Əvvəlki xəbər (503 / 7292) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR