Mehriban Əliyeva: Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Dövlətinin və xalqının maraqlarını hər şeydən üstün tutan görkəmli ictimai-siyasi xadim Mehriban Əliyeva ən işgüzar Birinci xanım kimi Azərbaycan Respublikasının inkişafı naminə yorulmadan çalışır və ölkəmizin tərəqqisinə layiqli töhfələr verir.
Xeyirxahlığı, mərhəməti, insanlara qayğı və sevgisi, nəcib təşəbbüsləri və bənzərsiz ictimai fəaliyyəti ilə Mehriban xanım cəmiyyətin bütün təbəqələrinin dərin rəğbət və hörmətini qazanıb.
Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr müxtəlif sahələri, səhiyyə, mədəniyyət, sosial müdafiə, ekologiya, idman və digər istiqamətləri əhatə edir. Mehriban xanımın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən şəhid ailələrinin və qazilərin problemlərinin həlli xüsusi yer tutur. Belə ki, Birinci vitse-prezidentin təşəbbüsü ilə Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzi 2020-ci il noyabrın 14-dən torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıq göstərən Vətən müharibəsi qazilərinin xidmətinə verilib. Bundan əlavə, Mehriban Əliyevanın təşəbbüsü olan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və digər bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları insanların böyük rəğbət və sevgisiylə qarşılanır. Mehriban xanımın ölkəmizin səhiyyə sisteminə xüsusi dəstəyi sayəsində səhiyyə ocaqlarının maddi-texniki bazası gücləndirilmiş və keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsi üçün zəruri şərait təmin olunub.
Həmçinin Mehriban xanım ölkə əhalisinin sağlamlığının qorunması məqsədilə COVID-19 infeksiyasına qarşı aparılan mübarizə tədbirlərini daim diqqətdə saxlayır və səhiyyə sisteminin bütünlükdə gücləndirilməsi üçün lazımi dəstək göstərir.
Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona sağlamlıq və şərəfli ömür yolunda böyük uğurlar arzulayır!

Xəbərlər Tarix: 27 Avq 2022 / 12:48
« Əvvəlki xəbər (488 / 7293) Növbəti xəbər »