Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin anım mərasimi keçirilib

Avqustun 28-də İkinci Şəhidlər xiyabanında Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.
Müdafiə Nazirliyinin bir qrup zabiti, Tərtər rayon ictimaiyyətinin, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, Vətən müharibəsinin iştirakçıları, Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları onun məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
Anım mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə qüsursuz xidmətindən, şücaət və igidliyindən danışıblar. Qeyd olunub ki, o Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüş əməliyyatlarında və həmin əməliyyatlar zamanı bir çox xüsusi təyinatlı tapşırıqların uğurla yerinə yetirilməsində xüsusilə fərqlənib.
Xidməti dövründə A. Əliyevin göstərdiyi rəşadətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi, müvafiq sərəncamlarla polkovnik-leytenant Anar Əliyevə ölümündən sonra ən yüksək fəxri ad – “Vətən Müharibəsi Qəhrəmanı” adı və bir neçə döyüş medalının verildiyi xüsusi vurğulanıb.
Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləri şəhidlərimizə göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirələrinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildiriblər.



Xəbərlər  Tarix:   29 Avq 2022 / 15:31


« Əvvəlki xəbər (463 / 7294) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

tyuttt 26 Noy 2024 / 16:36