6 və 13 sentyabr tarixlərində özəlləşdirmə hərracı keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 6 və 13 sentyabr tarixlərində özəlləşdirmə hərracları keçiriləcək. Sentyabrın 6-da keçiriləcək hərraca 10 kiçik dövlət müəssisəsi, 49 nəqliyyat vasitəsi, 13 sentyabrda təşkil olunacaq hərraca isə 5 səhmdar cəmiyyətin səhm paketi, 25 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır. Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı, təmir sahələrinə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.
Özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Koreya və Amerika istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1993-2013-cü illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı: ( Ссылка )
Göstərilən platformalarda paylaş:



Xəbərlər  Tarix:   30 Avq 2022 / 11:57


« Əvvəlki xəbər (455 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR