Elm və təhsil naziri Sumqayıtda məktəb direktorları ilə görüşüb

Avqustun 29-da elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində Abşeron-Xızı Regional Təhsil İdarəsinə daxil olan ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

Görüşdə direktorların fəaliyyəti, valideyn-məktəb münasibəti və digər məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin təhsil sahəsinin mövcud problemləri və həlli istiqamətində fikirlər səsləndirilib, təhsilin keyfiyyətinin artırılması, bu istiqamətdə görülən işlər və gələcək planlar müzakirə olunub.

Emin Əmrullayev məktəblərin qarşısında dayanan yeni çağırışlar, məktəb-icma münasibətləri, məktəbdə öyrənmə mühitinə təsir edən amillər, məktəb direktorlarının üzərinə düşən öhdəliklər, təhsilverənlərin sertifikatlaşdırılması mövzularında fikirlərini bölüşüb.

Görüşün sonunda direktorların çoxsaylı sualları cavablandırılıb.

Elm və təhsili naziri Sumqayıt şəhərinə səfəri çərçivəsində 31 nömrəli tam orta məktəbdə keçirilən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə test imtahanlarını da izləyib. Bildirilib ki, test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilib. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılıb. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanacaq. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.
1 / 12
29.08.2022 - 16:15
Paylaş
Digər xəbərlər
Müddətli müqavilə ilə vakansiya seçimlərinə start verildi
30.08.2022 - 11:48
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilir
30.08.2022 - 09:00
Müddətli müqavilə ilə vakansiya seçimlərinə start verilir
29.08.2022 - 19:20
Elm və təhsil naziri Sumqayıtda məktəb direktorları ilə görüşüb
29.08.2022 - 16:15
Dünya çempionatından 2 medal



Xəbərlər  Tarix:   30 Avq 2022 / 13:26


« Əvvəlki xəbər (447 / 7294) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

tyuttt 26 Noy 2024 / 16:36