MÜXTƏLİF MARKALI SİQARETLƏR VƏ BİTKİ DƏRMANLARI AŞKAR EDİLDİ

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" və “Mazımqara” gömrük postlarında "DAF”, “MAN” və “Mercedes-Benz” markalı nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı sürücülər idarə etdikləri avtomobillərdə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər.
Yoxlama zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 400 qutu müxtəlif markalı siqaret və 72 ədəd 1 litrlik qablaşdırılmada bitki dərmanı aşkar edilib.



Xəbərlər  Tarix:   30 Avq 2022 / 13:48


« Əvvəlki xəbər (443 / 7292) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR