Daha bir qrup şəhid ailəsi üzvü və əlilliyi olan şəxs sanator-kurort, müalicə mərkəzlərinə yola salındı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən daha 43 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.
Onlar şəhid ailəsi üzvləri və əlilliyi olan şəxslərdir. 18 yaşınadək əlilliyi olan şəxslər valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.
Yollayışla təmin olunanlar Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicə kursu keçəcəklər.
Agentlik tərəfindən postmüharibə dövründə 6 minə yaxın imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.
Onlardan mühüm bir hissəsi şəhid ailəsi üzvləri və müharibə veteranlarıdır.

Xəbərlər Tarix: 2 Sen 2022 / 11:01
« Əvvəlki xəbər (416 / 7293) Növbəti xəbər »