Şuşa ili” çərçivəsində “Şuşa yaradıcılıq emalatxanası” layihəsi yekunlaşıb

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2022-ci ili ölkəmizdə “Şuşa İli” elan etməsi haqqında müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə cari ilin 28-30 avqust tarixində mədəniyyət beşiyimiz Şuşada “Şuşa yaradıcılıq emalatxanası” layihəsi həyata keçirilmişdir.
Layihə çərçivəsində Türkiyədən və Azərbaycandan olan 30-a yaxın müxtəlif yaş qrupundan olan yaradıcı insanlar Şuşa qalasını, Üzeyir bəyin, Natəvanın və Bülbülün güllələnmiş abidələrini, Üzeyir Hacıbəylinin evini, Cıdır düzünü, Vaqifin məqbərəsini, Yuxarı və Aşağı Gövhər ağa həmçinin Mamayı məscidlərini, Bülbülün ev muzeyini, Şuşa həbsxanasını, Şirin su hamamını ziyarət etmiş dağıdılmış evlərə baxmışlar.
Bəstəkar, musiqişünas, dramaturq, keramika, bədii tikmə, oymaçı, misgər, qiraətçi, şair, yazıçı, bloggerlərin təmsil olunduğu layihə iştirakçıları səfərdən xoş təəssüratlarla ayrılmışlar.
Layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda həyata keçirilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında dünya və yerli ictimaiyyəti incəsənət əsərləri vasitəsilə daha ətraflı məlumatlandırmaq, zəngin tariximiz, mədəni irsimiz və ənənələrimizi yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.
Qeyd edək ki, səfər təəssüratlarından ilhamlanaraq sənətçilərin ərsəyə gətirəcəyi əsərlər bir müddət sonra Bakıda təşkil olunacaq tədbirdə geniş auditoriyaya təqdim olunacaqdır.



Xəbərlər  Tarix:   2 Sen 2022 / 15:27


« Əvvəlki xəbər (405 / 7294) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

tyuttt 26 Noy 2024 / 16:36