Birdəfəlik ödəmə təyin olunan müharibə əlillərinin sayı artıq 14 mini ötüb

Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan yeni sosial dəstək proqramı çərçivəsində birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərinin sayı artıq 14 000-i ötüb.
Proqram 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxsləri, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir.
Onlara proaktiv qaydada birdəfəlik ödəmə təyin edildikdən sonra həmin vəsait bank hesablarına köçürülür və bu barədə SMS göndərilir.
Birdəfəlik ödəmə ilə təminatı prosesi davam edir.
E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün proaktiv qaydada birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etmişsə vərəsələri müvafiq sənədləri sosial.gov.az/post_576347 linkində qeyd edilən qaydada təqdim etdikdə onlara da qeyd olunan ödənişlər təyin olunaraq hesablarına köçürülür.



Xəbərlər  Tarix:   7 Sen 2022 / 12:01


« Əvvəlki xəbər (394 / 7294) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

tyuttt 26 Noy 2024 / 16:36