Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində ağacların quruduğu faktı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Ailə Park” MMC tərəfindən qəsdən qurudulduğu və təbiətə ümumilikdə 11760 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”.



Xəbərlər  Tarix:   10 Сент 2022 в 07:07


 






DİGƏR MARAQLI XƏBƏRLƏR

tyuttt 26 Ноября 2024 в 13:36
Sənin əvəzin olmayacaq.....
30 Сент 2023 в 16:11
Qənirə Paşayeva vəfat etdi
28 Сент 2023 в 18:44
1 2 3 4 .. 1042 >