Ağacı zədələyən şəxs cəzalandırılıb

Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 47 C ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ağac kəsintisi faktının olmadığı, lakin tut ağacının gövdəsinin üst hissəsindən sərt budanaraq zədələndiyi müəyyən edilib.
“Araşdırma zamanı ağacın vətəndaş Fuad Qurbanov tərəfindən qanunsuz və düzgün budanmadığı aşkar olunub. Faktla bağlı akt tərtib edilib və F.Qurbanov barəsində qanunamüvafiq tədbir görülüb”.



Xəbərlər  Tarix:   12 Sen 2022 / 14:56


« Əvvəlki xəbər (380 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR