FHN-in elmi-tədqiqat institutu və NEBOSH təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nazarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu (AzDƏMTTETİ) və “National Examination Board for Occupational Safety and Health” (Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Milli İmtahan Şurası – NEBOSH) təşkilatı arasında Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum AzDƏMTTETİ-nin direktoru Məmməd Bağır-zadə və NEBOSH-un Birləşmiş Krallıq və Avrasiya üzrə biznes inkişafı meneceri Christian Hopper tərəfindən imzalanıb.
AzDƏMTTETİ və NEBOSH arasında imzalanan Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu iki qurum arasında bərabərlik və qarşılıqlı fayda prinsipləri nəzərə alınmaqla, bilik və təcrübə mübadiləsi, birgə təlim və seminarların təşkili yolu ilə potensialın gücləndirilməsi, habelə müvafiq funksiyalar üzrə əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyır. Bunun həyata keçirilməsi üçün tərəflərin nümayəndələrindən ibarət birgə işçi qrupunun yaradılması qərara alınıb.
Bundan əlavə, Memorandumun imzalanma mərasimində NEBOSH kvalifikasiya təlimlərinin və imtahanın Azərbaycan dilində təşkili məsələsi də müzakirə edilib.
Qeyd edək ki, NEBOSH sağlamlıq, təhlükəsizlik və ətraf mühit üzrə kvalifikasiyalar təqdim edən aparıcı qlobal təşkilatdır. Belə ki, təşkilat tərəfindən təqdim edilən və beynəlxalq səviyyədə qəbul olunan kvalifikasiyalar iş yerində bütün səviyyələrdə əməyin mühafizəsi və ətraf mühit üzrə mütəxəssislərin, eləcə də fərdlərin səriştəsini artırmağa kömək edir. Fəaliyyətə başladığı 1979-cu ildən bəri dünyada 400.000-dən çox mütəxəssis NEBOSH kvalifikasiyalarını qazanıb.



Xəbərlər  Tarix:   13 Sen 2022 / 10:04


« Əvvəlki xəbər (374 / 7294) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

tyuttt 26 Noy 2024 / 16:36