Havada toz dumanı müşahidə edilir

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir.
“Dispers toz hissəcikləri Nizami rayonunda 1.2, Səbail rayonunda 1.1 dəfə normadan yüksək qeydə alınıb. Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti gün ərzində davam edəcək".
G.Abbasova onu da qeyd edib ki, hava proqnozlarını, faktiki hava şəraitini, hava keyfiyyətinə dair monitorinq məlumatlarını meteo.az saytından əldə edə bilərsiniz.



Xəbərlər  Tarix:   14 Sen 2022 / 10:32


« Əvvəlki xəbər (353 / 7294) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

tyuttt 26 Noy 2024 / 16:36