Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi barədə məlumat

13 sentyabr 2022-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0106025940 ISIN kodlu, tədavül müddəti 1092 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
AZ0106025940 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 57,4 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 20,0 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 96,7127 (gəlirlilik 6,2180%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 09 sentyabr 2025-ci ildir.



Xəbərlər  Tarix:   14 Sen 2022 / 11:47


« Əvvəlki xəbər (346 / 7294) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

tyuttt 26 Noy 2024 / 16:36