#TƏKZİB - Masallıda 69 yaşlı qadın qətlə yetirilməyib

Bəzi media qurumlarında, o cümlədən “qafqazinfo.az” saytında guya Masallı rayonunun Hacıtəpə kənd sakini 1953-cü il təvəllüdlü Sona Əzizovanın qətlə yetirilməsi ilə bağlı yalan məlumatlar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidməti ilə hər hansı dəqiqləşdirmə aparılmadan dərc edilmiş həmin informasiya tərəfimizdən təkzib olunur.
Belə ki, sentyabrın 13-də saat 21 radələrində Masallı rayonunun Ərkivan qəsəbə sakini 1953-cü il təvəllüdlü Sona Əzizova ailə üvləri ilə birlikdə yaşadığı evin həyətində ehtiyatsızlıqdan sürüşüb yıxılması nəticəsində yerdə olan şüşə qırıqlarının bədəninin müxtəlif hissələrinə girməsi nəticəsində xəsarətlər alıb, xəstəxanaya yerləşdirilməsinə baxmayaq orada vəfat edib.
Araşdırma zamanı izahatları alınmış mərhumun ailə üzvləri faktı təsdiq edib.
Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma davam etdirilir.



Xəbərlər  Tarix:   15 Sen 2022 / 13:57


« Əvvəlki xəbər (339 / 7294) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

tyuttt 26 Noy 2024 / 16:36