Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lerik rayonu, Hücü kəndi ərazisindəki pay torpağı sahələrində ağacların qanunsuz kəsilməsi faktı aşkar edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Lerik rayon sakinləri İslam Şabanov, Cahil Hüseynov, Hidayət Rüstəmov, Elnur Rüstəmov və Fərhad İbadov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 29900 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Xəbərlər Tarix: 20 Sen 2022 / 11:45
« Əvvəlki xəbər (304 / 7294) Növbəti xəbər »