Müdafiə Sənayesi Nazirliyində 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib

27 sentyabr - Anım Günü ilə bağlı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati ərazisində Nazirliyin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksinin qarşısında tədbir keçirilib.Müdafiə sənayesi naziri Mədət Quliyev Şəhidlər Memorial Abidə Kompleksinin qarşısına əklil qoyub.Tədbir iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edərək Abidə Kompleksinin qarşısına tər güllər düzüblər.Nazirliyin akt zalında davam edən tədbirdə çıxış edən nazir Mədət Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin erməni təcavüzkarlarının növbəti dəfə atəşkəsi pozmalarına cavab olaraq Azərbaycan Ordusuna “İrəli!” əmrini verdiyi 27 sentyabr tarixinin Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu söyləyib. Nazir bildirib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, 30 il düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edilib.Daha sonra Nazirliyin əməkdaşları Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə ərsəyə gətirdiyi, “Şuşa əməliyyatı”nı həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman xüsusi təyinatlılarımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrların yer aldığı “Şuşa, sən azadsan!” filminə baxıblar.



Xəbərlər  Tarix:   28 Sen 2022 / 15:07


« Əvvəlki xəbər (254 / 7294) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

tyuttt 26 Noy 2024 / 16:36