Nazirlər Kabinetinin bir neçə qərarlarında dəyişiklik edildi
Nazirlər Kabinetinin 377 №-li Qərarına dair izah
Ссылка
2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanunla “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa “Şuşa şəhərinin adından istifadə edilməsi” adlı 3-1-ci maddə əlavə edilmişdir.
Həmin dəyişikliyə əsasən Azərbaycan Respublikasının qanunları ilə və ölkə Prezidenti tərəfindən müəyyən edilən hallar istisna olmaqla:
- hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında,
- mükafatların və təltiflərin adlarında,
- yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında,
- kommersiya və reklam məqsədilə,
- əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə yol verilir.
Qeyd edilən dəyişikliyi nəzərə alaraq Nazirlər Kabinetinin müvafiq qərarlarında dəyişiklik edilərək uyğunlaşdırma zərurəti yaranmışdır.

Xəbərlər Tarix: 1 Окт 2022 в 07:07