Azərbaycanda Energetiklər Günü qeyd olunur

Azərbaycan Respublikasının Energetika Nazirliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin rəhbər vəzifəli şəxsləri və kollektivi 20 oktyabr “Energetiklər Günü” münasibətlə Fəxri Xiyabana gedərək Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, abidəsi önünə əklil qoyublar. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və dövlət xadimi Əziz Əliyevin məzarları üzərinə gül dəstələri qoyulub.
Tədbir Şəhidlər Xiyabanını ziyarətlə davam edib. Energetiklər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər və məzarları üzərinə gül dəstələri qoyublar.
20 oktyabr 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib.



Xəbərlər  Tarix:   21 Okt 2022 / 10:41


« Əvvəlki xəbər (155 / 7291) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR