NAYORA tərəfindən “Gənc Elçilər” proqramına start verilir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə “Gənc Elçilər” proqramına start verilir.
Proqramın əsas məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək gənc elçilərin yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsidir.
Qeyd edək ki, proqramda iştirak haqqı qazanan 15 gənc ilkin olaraq ölkə ilə bağlı siyasi, iqtisadi və mədəni sahədə, həmçinin beynəlxalq etiket və protokol qaydaları mövzularında maariflənəcəklər.
Proqram çərçivəsində aşağıdakı mövzular üzrə təlimlər keçiriləcək:
1. Beynəlxalq əlaqələr və diplomatiya;
2. Azərbaycan tarixi və mədəniyyəti;
3. Şəxsi inkişaf;
4. Gənclərlə iş;
5. Zamanın düzgün idarəedilməsi;
6. Ünsiyyət və bədən dili;
7. Layihələrin yazılması və idarə edilməsi.
“Gənc Elçilər” Proqramına qoşulmaqla əldə edəcəksiniz:
● Diplomatiya və təmsilçiliklə bağlı təlim və seminarlarda iştirak edərək məlumatlanma;
● Beynəlxalq münasibətlər üzrə mütəxəssislər, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə iştirak etmək imkanı;
● Müvafiq sahədə şəxsi və peşəkar bacarıqların artırılması;
● Beynəlxalq tədbirlərdə ölkəni təmsil etmə imkanı;
● Peşəkar və mehriban komandanın, “Gənc Elçilər Şəbəkəsinin” üzvü olmaq şansı.
Proqram iştirakçıları üçün aşağıda göstərilən meyarlara namizədin seçimində üstünlük veriləcəkdir:
● 18-29 yaşlı Azərbaycan Respublikası vətəndaşları;
● İngilis dilində sərbəst danışıq qabiliyyətinə malik gənclər (əlavə dil biliyi üstünlükdür);
● Ali təhsil müəssisələrində təhsil alan və ya məzun olmuş gənclər;
● Yüksək şəxsi keyfiyyətlərə və beynəlxalq təcrübəyə malik olan gənclər;
● Proqramın bütün fəaliyyət dövründə iştirak etmək imkanına malik gənclər.
Qeyd edək ki, proqrama müraciət üçün son tarix: 28 oktyabr, 2022-ci ildir.
Qeydiyyat linki: Ссылка



Xəbərlər  Tarix:   24 Okt 2022 / 16:24


« Əvvəlki xəbər (139 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR