FHN-in Cənub Regional Mərkəzi praktiki təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda praktiki təlim keçirib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı şərti olaraq baş vermiş nəqliyyat qəzası ilə əlaqədar “hadisə yerinə” operativ çatan xilasedicilər avtomobildə yaranmış “yanğını” söndürüb, həmçinin xüsusi xilasetmə vasitələrindən istifadə etməklə “deformasiyaya uğramış avtomobillərdən zərərçəkmişləri xilas edərək onlara təxirəsalınmaz ilkin tibbi yardım göstəriblər”.
Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Xəbərlər Tarix: 25 Okt 2022 / 12:27
« Əvvəlki xəbər (124 / 7294) Növbəti xəbər »