Kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Kişi boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 38 komandanın 146 boksçusu qüvvəsini sınayıb. 7 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Həlledici döyüşlərdə qalib gələn Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Rəşid Həsənov (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) Azərbaycan çempionu tituluna sahib olublar.
Komanda hesabında “Neftçi” İdman Klubu 46 xalla birinci yeri tutub. BFL (21) ikinci, MOİK (18) üçüncü olub.
Mükafatlandırmadan öncə Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayevlə gənclər və idman naziri Fərid Qayıbov gənclər və yeniyetmələr arasında Avropa birinciliyində, eyni zamanda qadınlar arasında qitə çempionatında uğur qazanmış boksçularla görüşüblər.



Xəbərlər  Tarix:   26 Okt 2022 / 15:14


« Əvvəlki xəbər (109 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR