Regionlarda Zəfər Gününə həsr edilmiş tədbirlər davam edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Goranboy, Göygöl, Qəbələ, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 8 noyabr - Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilir.
Eyni zamanda məktəblilərin təqdimatında vətənpərvərlik mövzularında rəsm sərgisi təşkil edilir, dəyirmi masa müzakirələri keçirilir və bədii kompozisiyalar nümayiş etdirilir.
Xüsusən də böyük Qələbənin qazanılmasında əvəzsiz rolu olan şəhidlərimizin ailələri və qazilərimiz ziyarət edilir, onların Vətən müharibəsindəki qəhrəmanlıqları xatırlanır.
Tədbirlər Uşaq və Ailələrə Dəstək Mərkəzləri (Goranboy, Qəbələ, Zaqatala, Şüvəlan, Sabirabad, Göygöl) ilə bərabər, Ağdamda İmamqulubəyli kənd tam orta məktəbində, Saatlıda Dövlət Rəsm Qalereyasında, Zərdabda rayon Mərkəzi Kitabxanasında və Hacıqabulda Tarix-Diyarşünaslıq Muzeyində də təşkil edilib.
Tədbirlərdə şəhid ailələrinin üzvləri, qazilər, UADM-lərin əməkdaşları, rayon icra hakimiyyətləri, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri, məktəblərin müəllim və şagird kollektivi, valideynlər, mərkəzlərin xidmətlərindən bəhrələnən uşaqlar və könüllülər iştirak edir.

Xəbərlər Tarix: 16 Noy 2022 / 14:43
« Əvvəlki xəbər (51 / 7294) Növbəti xəbər »