BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransı öz işini davam etdirir

Bu gün konfrans çərçivəsində Biomüxtəliflik Günü elan edilib.

İqlim böhranı və biomüxtəliflik bir-biri ilə sıx bağlı olduğundan biomüxtəlifliyin müvəffəqiyyətlə qorunması, bərpası və idarə olunması Paris Sazişinin məqsədlərinə xidmət edir.
Bu günün məqsədi quru, şirin su, sahil və dəniz ekosistemlərində biomüxtəlifliyin qiymətləndirilməsi, mühafizəsi, bərpası və davamlı istifadəsi üzrə fəaliyyəti təşviq etməyə yönəlib.
Gündəlikdə olan məsələlərdə iqlim dəyişmələrinə təsiri azaltmaq üçün iqlim dəyişmələrini yumşaltmağın, ona uyğunlaşmağın, həm insanların, həm də təbiətin davamlılığını təmin etmək üçün təbii həllərdən istifadə edilməsinin vacibliyi qeyd olunub.
Paralel olaraq iqlim dəyişmələri üzrə müxtəlif istiqamətləri əhatə edən tədbirlər təşkil olunub.
Bu gün Azərbaycanın nümayəndə heyəti tərəfindən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Baş direktoru cənab Bruno Oberle, Biomüxtəliflik Konvensiyasının İcraçı Katibi xanım Elizabet Mrema, Rusiya Federasiyasının Təbii Sərvətlər və Ekologiya nazirinin müavini cənab Sergey Anoprienko ilə ikitərəfli görüşlər keçirilib.
Konfrans çərçivəsində Azərbaycanın nümayəndə heyəti, həmçinin Yaponiyanın Ətraf Mühit Nazirliyinin təşkilatçılığı ilə keçirilən təmiz inkişaf təşəbbüsünə həsr olunmuş tədbirdə iştirak edib.



Xəbərlər  Tarix:   17 Noy 2022 / 09:29


« Əvvəlki xəbər (40 / 7291) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR