DİFAİ": Quba və Qax komandaları "Ulu Öndər" Kubokunun Xaçmaz finalında

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, "Mədinə" Humanitar Yardım Təşkilatı İctimai Birliyi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, "Fencing" İdman Klubu və "Difai" Futbol Klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ulu Öndər" Kuboku nun yarımfinal oyunları keçirilib.
"Difai" (Tovuz) və "Difai" (İsmayıllı) bürünc medallarla kifayətlənərkən, onları final yolundan kənarlaşdıran "Difai" (Quba) və "Difai" (Qax) adlarını həlledici görüşə yazdırmağı bacarıb.
Qax və İsmayıllı komandaları arasında keçirilən oyun böyük marağa səbəb olmaqla yanaşı, həm də çox həyəcanlı mübarizə şəraitində keçib.
Qarşılaşma nominal ev sahiblərinin 4:3 hesabı qələbəsi ilə yekunlaşıb.
Təşkilatçılar 10 May tarixində keçiriləcək silsilə tədbirlərin çoxluğunu nəzərə alaraq, final oyununu ayın 9-da düzənləməyi qərara alıb.



Xəbərlər  Tarix:   15 May 2023 / 12:05


« Əvvəlki xəbər (18 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR