Mərmur libasına bürünən polkovnik Ziyafət Nağıyevin kirli əməlləri ilə bağlı müraciyyət

Məlumunuz olsun ki, Ziyafət adı Sizə qısa görünsə də, bu şəxs çox böyük cinayətlərin təşkilatçısı kimi redaksiyamiza Səbinə xanim məlumat vermişdi . Belə ki, əslən Füzuli rayonundan olan Nağıyev Ziyafət Çapar oğlu törətdiyi cinayətlərdən əldə etdiyi maddi imkanlar hesabına Bakı şəhərində aldığı çox sayda mülklərindən birində yaşayır və başına topladığı cinayət ortaqları isə öz qohumları və yaxın dostlarıdır. Ziyafət Nağıyev əvvəllər işləyərək çixarıldığı hüquq-mühafizə orqanların vəsiqəsinin surətini özündə saxlayaraq, bunun hesabına törətdiyi çox sayda cinayətlərini ört-basdır etmiş, habelə dövlət qurumlarında özünü və başına topladığı cinayətkar dəstəni müdafiə edərək ifşa olunmaqdan qurtarmışdır. Zərərçəkmiş şəxs Səbinə Əliyeva bu cinayətkar dəstə haqqında müxtəlif dövlət qurumlarına dəfələrlə şikayətlər etsə də, Ziyafət Nağıyevin qanunsuz təsirləri nəticəsində ədalət öz yerini tapmamış, günahkarlar cəzasız qalmışlar. Səbinə Əliyevanın dilindən xalqımıza və hüquq mühafizə orqanlarına çatdırırıq.
Beləliklə, dövlətimizi belə aldatmağı bacaran Ziyafət Nağıyev hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində işləsə də, hər yerdə özünü hüquq mühafizə orqanın işçisi kimi təqdim edir deyə məlumat veri bizə Səbinə xanim. Məmur qılığına bürünmüş Ziyafət bu yolla təkcə özünün deyil, başına topladığı cinayətkar dəstənin üzvləri –doğma oğlu Əziz Çaparzadənin, arvadı Təranə Nağıyevanın, qardaşı Nağıyev Rasim Çapar oğlunun, Rasimin oğlanları Elşən və Elnur Nağıyevlərin, yeznəsi Rasim Hüseynovun və dostu “P-Agro” MMC-nin Beyləqan rayon şöbəsinin müdüri Əsədin qanunsuz işlərini də ört-basdır edib, bu gündək məsuliyyətdən yayınmağa nail olmuşlar.
Ziyafət dövlətdən soyub taladığı pullarla kef çəkib aldığı mülklər yetməmiş kimi özünə saxta yollarla veteranlıq vəsiqəsi düzəltdirmiş və buna görə də hər ay müavinət alıb dövlətimizi soymağa davam edir. Buda yetməmiş kimi Ziyafət qardaşı Rasim və dostu Əsədlə əlbir olub ayrı-ayrı şəxslərə pul müqabilində saxta yollarla sürücülük və veteranlıq vəsiqələri hazırlatmış, hətta pul müqabilində bir neçə şəxsi özünün işlədiyi nazirlikdə və “P-Agro” MMC- də işə qəbul etdirmişdir deyə Həmçinin, Ziyafətin qorumasında olan arvadı Təranə açıq-aşkar qanunsuz fəaliyyət göstərib ayrı-ayrı şəxslərə pul müqabilində baxıcılıq-falçılıq edir. Oğlu Əziz isə neçə ildir ki, eyni hərbi hissədə və ən rahat iş yeri olan kadrlarda «xidmət etsə də», arxasında Ziyafət dayandığı üçün daim keyf çəkərək, rotasiya və bu kimi digər qanunlar ona tətbiq olunmur.
Bu haramxor ailənin digər üzvləri Rasim Nağıyev, onun oğlanları Elşən və Elnur Nağıyevlər, qızı Şəhanə və yeznəsi Rasim Hüseynov uzun illərdir ki, öz dolanşıqlarını şantaj və zorakı yollarla əldə etmiş, onlar isə Elşənin arvadı Səbinə Əliyevanın öz zəhməti ilə qazandığı pulları onun əlindən zorla alaraq, varlanmışlar. Belə ki, pul qazanmağın ən asan yolunu seçən Elşən Nağıyev ağılagəlməz cinayət üsullarından istifadə edərək, öz arvadının şəkillərini montaj edib, işləyib ona pul gətirmədiyi halda, həmin şəkilləri hər kəsə yayaraq onu rüsvay etməklə hədələmiş və mütəmadi olaraq döymüş, bu qanunsuz yollarla arvadına təsir edib, onun özünü, qardaşını, atasını və bacısının ailəsini saxlamaq öhdəliyi götürməyə məcbur etmişdir. Bununla da kifayətlənməyən Elşən Nağıyev, atası Rasim Nağıyev, qardaşı Elnur Nağıyev və qadın zorlamağa görə əvvəllər türmədə yatıb çıxmış yeznələri Rasim Hüseynovla birlikdə hədə-qorxu gələrək və döyərək, arvadının əlindən illərdi repetitor işləyib özlərinə ev almaları üçün topladığı 12000 (on iki min) manat pulu zorla almış, daha sonra da onlara 30-40 000 (otuz-qırx min) manat pul verməsini tələb etmişlər. Elşənin arvadı bu təhdidlərə dözməyərək evdən qaçıb hüquq mühafizə orqanlarına müraciət etdikdə, cinayətkar qrupun və nəslin başçısı Ziyafət Nağıyev tez ortaya çıxaraq, üzərində gəzdirdiyi DTX-nə aid saxta vəsiqəsini göstərib, dövlət qurumlarına təsir etməklə hər hansı tədbir görülməsinə imkan verməmişdir



Xəbərlər  Tarix:   21 May 2023 / 14:59


« Əvvəlki xəbər (16 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR