Avtomobildə gizlədilən xeyli miqdarda papiroslar aşkarlandı

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 5425 ədəd "Belomorkanal" markalı papiroslar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi



Xəbərlər  Tarix:   5 İyul 2019 / 23:56


« Əvvəlki xəbər (5287 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR