Uğurlu ezamiyyətlərimiz silsiləsindən biri – “Gürcüstan-Ureki”

"Qara" dəniz – bu dənizin adı suyunun tərkibində hidrogen sulfid maddəsinin həddindən artıq çox olmasına əsaslanır. Bu maddə dənizə düşmüş bütün metalların rəngini qaraldır. Dənizin dibindən qaralmış lövbərləri çıxaran dənizçilər dənizi məhz belə adlandırıblar.
Bu səbəbdən də dənizin 150 metr dərinliyində həyat mövcud deyil: hidrogen sulfid canlıların yaşama şansını sıfıra endirir.
Həkimlərin fikrincə, Qara dənizin suyu müxtəlif xəstəliklərin müalicəsi üçün yararlıdır.
Qara dəniz Rusiya Federasiyası, Ukrayna, Bolqarıstan, Türkiyə və Gürcüstanın sahillərini yuyur. Bu ölkələr "Qara dəniz ölkələri" adlanır.
Qara dəniz ölkələrindən biri olan Gürcüstanın “Ureki” istirahət mərkəzi də həm Qara dənizin şəfalı sularından, həm də dünyada analoqu olmayan qara qumundan faydalana turist kütləsi ilə məşhurdur.
Ureki Batumidən 45 kilometr məsafədə Gürcüstanın qərbində yerləşir.Əsasən müalicəvi qumuna görə xarici turist axını olan bu istirahət zonası həm də şam ağacları ilə əhatə olunduğu üçün nəinki istirahət həm də demək olar ki, müalicəvi sanatoriyadır. Həm qara qumun tərkibi həm də şam ağacının faydaları bura gələn ziyarətçilərin müsbət fikirlərinə təkan verir.
Əməkdaşımız Qələmzər Hüseynovanın Gürcüstan ezamiyyəti zamanı bizə bildirdiyi məlumatlara əsasən burada olan qara qum çox faydalı və min bir dərdin dərmanı hesab olunaraq fəaliyyətə başlayan vaxtdan xarici ölkələrdən olan turist axını ilə qarşılaşır.
Uzun müddət Rusiya turistlərinin istirahət mərkəzində olan bu ölkə son zamanlardakı siyasi vəziyyətlə bağlı rus turistlərinin ziyarətində demək olar ki seyrəklik mövcuddur.
Lakin buna baxmayaraq Azərbaycan,Türkiyə,Bolqarıstandan və digər xarici turistlər Ureki istirahət mərkəzinin esrarəngiz qara qumundan faydalanır və şafalarını tapırlar. Bu sehrli qara qumun tərkibi təmiz dəmirdir ki,onun da faydası bel,onurğa xəstəliyində, azyaşlı uşaqlarda sümük boşluğu zamanı yaranan xəstəliklərdə faydalı nəticələnir. Bura gələn turistlərdən hətta həkim təyinatı ilə gələnlər də çoxluq təşkil edir. Xüsusi ilə qeyd edə bilərik ki, öz fantastik faydaları ilə məşhur olan maqnit dolu bu qum dünyada 2 yerdə Urekidə və bir də Afrikada mövcuddur. Bu istirahət və müalicə mərkəzinə müalicə məqsədi ilə üz tutan turistlər qarşılaşdıqları xidmət və nəticədən müsbət bəhrləndikləri üçün buranı növbəti dəfə də üz tutacaqları məkan kimi qeyd edirlər.
Əməkdaşımızın Gürcüstan ezamiyyəti zamanı bizi maarifləndirdiyi hər bir faydalı məlumatları gələcək məqalələrimizdə də işıqlandıracağıq.
Xəbərlər şöbə müdiri: Vüsalə Dilqəm qızı



Uğurlarımız  Tarix:   12 İyul 2019 / 13:29


« Əvvəlki xəbər (5248 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR