“Qayalı” marketin rəhbərliyi ilə görüşün nəticəsi.

Bildiyiniz kimi mediyamızda Qayalı marketdən alınan şokaladdan qurd,düyüdən isə bit çıxması ilə bağlı məlumat işıqlandırmışdıq.Ugurmediyanın əməkdaşı sözü gedən marketin rəhbərliyi ilə əlaqə saxladı və qarşı tərəfin məsələyə münasibətini öyrəndi.Belə ki,Qayalı marketin rəhbərliyi həmin iddianı inkar etdi və həmin məhsulların onlardan alınmadığını söylədi.
Maraqlısı odur ki,bele bir hal 2015-ci ildə də aşkarlanmışdır və şikayət əsasında “ Müstəqil İnformasiya “agentliyində ictimailəşdirilmişdir.Niyə,görəsən , qurdlu şokaladlar,istifadəyə yararsız məhsullar məhs Qayalı marketdən çıxır? Bu sualın cavabı bizə də müəmmalıdır.Onların da aşkarladığı fakt yalan idi?Sağlam qida-istifadə müddəti keçməyən,mənşəyi məlum olan qidalardır.İnsan həyatına ən çox təsir edən onun qəbul etdiyi qidanın yararılıq səviyyəsinin hansı dərəcədə olmasıdır.Məsələyə bu prinsipdən yanaşsaq, köhnəlmiş ərzaqların xalqımıza satılması onların sağlamlığına vurulan ən böyük zərbədir.Burdan bütün dövlət qurumlarına səslənirik.Bu məsələyə çox ciddi yanaşsınlar və çox ciddi tədbirlər görsünlər ki,bir də bu hal üçüncü dəfə təkrarlanmasın.Biz də bir media olaraq həmin görülən tədbiri ictimailəşdirək.Nəticədə digər marketlərə də bir örnək olsun.
MİA.az saytına istinad verərək 27-07-2015 tarixində həmin saytda işıqlandırılan "Qayalı"marketlər şəbəkəsində qurdlamış konfet” məqaləsini sizlə paylaşırıq.
"Qayalı"marketlər şəbəkəsində qurdlamış konfet - FOTOLAR
27-07-2015 [23:33]
Son vaxtlar Sumqayıtda fəaliyyət göstərən marketlərin alıcıları aldatdığı ilə bağlı məlumatlar yayılmaqdadır. Bunu biz deyil, saytımıza ünvanlanan şikayət məktubları söyləyir. Budəfəki şikayətlər "Qayalı"marketlər şəbəkəsi barədədir.
Belə ki, Xeberle.com-un elektron ünvanına göndərilən şikayət məktubunda deyilir ki, Sumqayıtın 11-ci mikrorayonunda fəaliyyət göstərən "Qayalı" marketdə alıcıları aldadırlar. Şəhər sakinlərindən birinin bildirdiyinə görə, "Qayalı" marketdən alış-veriş etdiyi üçün bonus kartı əldə edib. Elə hər şey də bundan sonra başlayıb:"Qayalı marketdən alış-veriş etdiyim üşün kart almışam və bonus xallar toplamışam. Düz iki aydır gedirəm hədiyyəni almağa amma ala bilmirəm. Gah deyirlər ayın əvvəli gəl, gah deyirlər ki, ayın axırı gəlin götürün. Ancaq hədiyyə verilmir. Bu gün də soruşdum hədiyyələr gəlib, dedilər, ancaq vermədilər. Səbəbini soruşduqda isə ayın əvvəli gəlib götürərsən dedilər. Yəni belə yollarla hər kəsi aldadırlar, guya bunlar kampaniya həyata keçirir."
Qeyd edək ki, "Qayalı" marketlər şəbəskəsindən bu, ilk belə şikayət deyil. Digər şikayət isə marketdə keyfiyyətsiz şokoladların satılması ilə bağlıdır. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:"10 gün öncə 13-cü mikrorayon ərazisində yerləşən ''Qayalı'' marketdən kilosu təxminən 7 manata satılan Rusiya konfeti - ''Babaevskiy'' almışdım. Lakin evə gətirib ailə üzvlərimizlə 2-3 dənəsini yedikdən sonra qurdladığını gördük. Sevindik ki, nə yaxşı, uşaqlara vermədik. Dərhal gileylənərək geri qaytardıq. Onlar isə nöqsanlarını etiraf edərək üzr istəməkdən məsuliyyəti bu konfetləri gətirən firmanın üstünə atdılar.
Sual olunur, nə üçün firmadan aldıqları mallara baxış keçirmirlər? Niyə malları düzgün şəraitdə saxlamırlar? Nə üçün konfetlərin satıldığı bölməyə nəzarət olunmur və mütəmadi konfetlərin xarab olub olmadığı yoxlanılmır? Xahiş edirik əlaqədar qurumlar bir tədbir görsünlər."
Ссылка
Uğurmediyanın təsisçi və baş redaktoru :Tərlan Abbasov



Hüquqi yardım  Tarix:   30 Okt 2019 / 15:56


« Əvvəlki xəbər (2286 / 4966) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR