Xocalı soyqırımı XX əsrin misli görünməmiş cinayəti və Azərbaycan tarixinin ən böyük faciəsidir

AMEA-nın Fəlsəfə İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan müəssisənin direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə Xocalı soyqırımının XX əsrin misli görünməmiş cinayəti və Azərbaycan tarixinin ən böyük faciəsi olduğunu bildirib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş bu dəhşətli cinayətin dünya elmi ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu məqsədlə xarici dillərdə kitablar, məqalələr çap olunmalı, beynəlxalq konfranslarda Qarabağ mövzusunda elmi faktlara əsaslanan çıxışlar təşkil edilməlidir.
Daha sonra institutun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmləri doktoru Eynulla Mədətli çıxış edərək Xocalı faciəsinin başvermə səbəblərindən danışıb, bu qətliamın təcavüzkar erməni millətçilərinin əsrlər boyu xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsi olduğunu qeyd edib.
Tədbirdə digər çıxış edənlər 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən fevralın 26-nın “Xocalı soyqırımı günü” kimi qəbul edildiyini bildiriblər. Qeyd olunub ki, tariximizin qan yaddaşına əbədi həkk olunan Xocalı faciəsini xalqımız heç zaman unutmayacaq.



Xəbərlər  Tarix:   25 Fev 2020 / 14:28


« Əvvəlki xəbər (1566 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45