Ceyhun Bayramov: “Ermənistan heç bir hərbi əhəmiyyəti olmayan obyektləri ağır artilleriya atəşinə tutur”

“Azərbaycan hökuməti beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə uyğun olaraq müvafiq addımlar atır və öz vətəndaşlarını qorumaq üçün əks-hücumlar həyata keçirir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 6-da Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib.
“Münaqişə ilə bağlı yaranmış vəziyyətin kökündə onun indiyədək həll olunmaması durur”, - nazir vurğulayıb.
C.Bayramov bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki mövcudluğu bölgə üçün təhdiddir: “Bu, son günlərdə özünü daha açıq formada göstərdi. Onlar heç bir hərbi əhəmiyyəti olmayan obyektləri ağır artilleriya atəşinə tuturlar. Bu yeni taktika deyil. Ermənistan bu taktikanı 90-cı illərin əvvəlində də tətbiq edib”.



Xəbərlər  Tarix:   6 Okt 2020 / 13:16


« Əvvəlki xəbər (3377 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR