Vətəndaşı özünü öldürmə həddinə çatdıran icra başçısı kimdir?

Uğurmedia xəbər və informasiya agentliyinin “Xalqa Dəstək” verlişinin qonağı olan Mehdiyeva Sevinc xanımın şikayəti əsasında araşdırmağa başladıq.
Beləki, müsahibəsi zamanı Sevinc xanım əməkdaşımıza bildirmişdir ki, Binəqədi rayonun icra başçısı Allahverdiyev Elxan Şamil oğlundan ciddi şəkildə şikayətçidir.Sikayətin səbəbi sözü gedən icra başçısının onun evini heç bir order və məhkəmə qərarı olmadan qanunsuz şəkildə sökməsidir.Sözü gedən halla bağlı Sevinc xanıma həm maddi həmdə mənəvi zərər və ziyan dəymişdir.
Sevinc xanım 40-cı polis bölməsinə bu halla bağlı şikayət etmişdir. Lakin bu işlə bağlı polis bölməsindən düzgün qərar cixarılmamişdır.Elə buna görədə Sevinc xanım Uğurmedia onlayn internet televiziyası “Xalqa Dəstək” verlişinə Cənab Prezident İlham Əliyevə, 1 ci Vitse Prezident Mehriban xanım Əliyevaya və Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət etmişdir.
Artıq bu qədər vəzifəli şəxslərin öz vəzifələrindən sui istifadələrindən cana doyan Sevinc xanım özünü öldürmə həddinə çatmışdır. Bununla bağlı sübutlarımızda var. “Xalqa Dəstək”verlisinə baxsanız orada bu faktı xanımın qeyd etdiyini görəcəksiniz. Sevinc xanımın bu qədər adiyyatı orqanlara şikayəti cavabsız qalırsa o daha hara müraciət etməlidir ki,bu qanuna uyğunsuz əməllər öz sonunu tapsın.
Hətta sözü gedən ərazidə baxış keçirdiyimiz zaman başqa tikililərin davam etdiyini gördük. Və orda yaşayan vətəndaşlarında icra başçısının öz cixarlarının sui istifadəsindən başqa bir iş görmədiyini vurğuladılar. Bunların hər biri bizim tərəfimizdən ictimayətə çatdırılacaqdır.
2018 ci ildən Binəqədi rayonuna icra başçısı vəzifəsinə təyin olunan “Mən heç kimdən qorxmuram” sözü ilə tanınan Allahverdiyev Elxan Cənabları heç bir vətəndaşın şikayətlərinə baxmır və yardımçı olmur.
Cənab Prezidentdən stat olaraq; ”Bəzi hallarda özünü böyük görən xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz vəzifədəyik” Amma deyəsən bu sözləri öz başına məmur Allahverdiyev Elxan özünə şamil etmir.Sizcə belə məmurlar kimə lazımdır?
Biz ümidvarıq ki, adiyyatı qurumlar Binəqədi rayon icra başçısı haqqında layiqli tədbir görəcəklər.
Təsisçi Tərlan Qocaoğlu



Hüquqi yardım  Tarix:   7 Okt 2020 / 17:16


« Əvvəlki xəbər (1046 / 4966) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR