İzmirdə 3 yaşlı uşaq 65 saat sonra dağıntılar altından xilas edilib

Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində dağıntılar altından daha bir nəfər xilas edilib.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb.
Məlumata görə, 3 yaşlı Elif Perinçek adlı qız zəlzələdən 65 saat sonra dağıntılar altından çıxarılıb.
Xatırladaq ki, İzmir şəhərinin Seferhisar rayonunda baş vermiş 6,6 bal gücündə yeraltı təkan nəticəsində 76 nəfər həlak olub.



Xəbərlər  Tarix:   2 Noy 2020 / 10:34


« Əvvəlki xəbər (1229 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR