Bayrağı özünə kəfən edən şəhid

Yelləyərək əlimdə azadlığın rəmzini
Çağırıram cənubumu, şərqimi
Bürünərək bayrağa geymişəm kəfənimi
Üç rəngli bayrağımla mən hazıram ölməyə
Qazmışam məzarımı geymişəm kəfənimi
Bu şerin müəllifi hansısa bir şair deyil, bu şerin müəllifi Vətən müharibəsində şəhadət zirvəsinə yüksələn Ziyad Qarabağlıdır. Bəli yanlış oxumadız bu şerin müəllifi Ziyad adlı bir şəhid qardaşımındır. Ziyad Muradov Vətən müharibəsi zamanı Füzuli şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə həlak olub. Mən Ziyadı yaxından tanımasamda onun haqqında çox eşitmişəm. Yaxınları, onu tanıyan hər kəs Ziyadı bir Qarabağlı kimi tanıyırdı. Ziyad Füzulidə anadan olub və Ermənilər oranı işğal edən zaman Ziyad da qardaşı və ata anası ilə birlikdə Füzulidən çıxanlardan biri idi. Amma ordan çıxdığı zaman yenidən ora qayıdacağına and içmişdir. Onu tanıyanlar deyirdi ki, o hər zaman deyirdi ki mən Qarabağlıyam və bununla fəxr edirəm. Şəhidin qardaşı dedi ki qardaşım Ali Baş Komandanın qismən səfərbərlik elan etdiyini eşidib könüllü olaraq orduya yazılanlardan biri idi. Evə gəlib mənə dedi ki könüllü olaraq orduya yazılmışam. Mən ona dedim ki, qardaşım sən ailəlisən övladın var sənə bir şey olsa onlar nə edəcəklər. Mənə dedi ki, onlar hamısı mənimlə fəxr edəcəklər. Hətta böyük bayrağdan özünə kəfəndə tikdirmişdi. Mənə dedi ki, mən şəhid olsam bunu mənə kəfən edərsən. Mən onu yolundan döndərə bilmədim. O artıq şəhid olacağını bilirdi öldü var döndü yoxdur deyirdi. Füzulini azad etməsəm ölməyəcəm deyirdi. Hər dəfə mənə deyir di ki, mənim torpağımda haylar kef çəkir. Amma artıq onlara türkün gücünü göstərməyin məqamıdır. O hamıyla sağollaşıb gedəndən sonra mən onun otağından onun öz əlyazması ilə olan şeri tapdım.

Nə küləkdən qorxuram, nə tufandan, nə qardan
Söykənib bayrağıma dayanmışam dağ kimi
Ürəyimdə bir təlaş, ürəyimdə qorxu yox,
Düşmənin üzərinə dalğalanıb, kükrəyib
Coşuram bayraq kimi .. Coşuram bayraq kimi
Nəinki Ziyad Vətən müharibəsində döyüşən hər kəs nə küləkdən, nə tufandan, nədəki qardan qorxmurlar. Onlar düşməndən qorxmayıb onların üzərinə aslan kimi kükrəyib atılıllar. İndi Vətən müharibəsində döyüşən hər kəs polad kimi möhkəm, əyilməz və mübarizdirlər, Təkcə Mübarizin, Poladın yox bütün şəhidlərin intiqamını layiqincə alırlar. Qəhrəman, Rəşadətli Azərbaycan ordusunun sayəsində düşməni iti qovan kimi qovub üç rəngli şanlı Azərbaycan bayrağı Cəbrayılda, Hadrutda, Suqovuşanda, Füzulidə və Qubadlıda dalğalanır. İnşallah bayrağımız Şuşada , Xankəndində bütöv Qarabağda dalğalanacaq, Sən isə rahat uyu şəhidim bu xalq səni və tarix yazan şəhidlərini unutmayacaq. Rahat yatın çünki silahdaşlarınız intiqamınızı düşməndən layiqincə alırlar. Mübarizim, Fəridim, Poladım səndə rahat uyu intiqamınız düşməndən layiqincə alındı. Ali Baş Komandanım səndə var ol sənin sayəndə Azərbaycan tarixinə şanlı hərflərlə Qarabağ Azərbaycandır! sözləri yazılır.
Ənvər Məmmədov



Öz xəbərlərimiz  Tarix:   7 Noy 2020 / 15:36


« Əvvəlki xəbər (3171 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR