BNAnın sürücüsü niyə rol arxasinda dunyasıni dəyişdi?

Dünən Uğurmedia xəbər və informasiya agentliyinin əməkdaşı Montajçı Mirzəli Xeyransa işə gələrkən Bakı Nəqliyyat Agentliyininin m7 xətti üzrə hərəkət edən nəqliyyat vasitəsində olub. Lakin səhər saatlarında minik avtobusunda ki sixliqdan dolayı sərnişinlər və sürücü arasında münaqişə yaranıb. Hadisə şahidi olan əməkdaşımızın sözlərinə görə sərnişinlər şoferi təhqir ediblər ona (şərəfsiz) və digər bu tipli sözlərdən istifadə ediblər.Sərnişinin biri ön qapıdan düşmək istədiyini sürücüyə bildirib sürücü isə buna icazə yoxdur deyə bildirib. Həmin sərnişin sürücünü vurmaq belə isistəyib. Lakin hadisə şahidi deyirki sürücü çox səbrli və təmkinli davranaraq heç kəsə cavab qaytarmamışdır.
Bakının Nəriman Nərimanov metrosuna çatarkən artıq sürücünün vəziyyəti pisləşib və o rol arxasında ürək tutmasından özündən gedib vəziyyəti çox pis olub . Və maşın öz idarə etməyə keçərək bir qadına deyib. Xoşbəxtlikdən qadın yüngül xəsarətlərlə hadisədən sağ salamat cixmagi bacarıb. Sonra sürücünü rol arxasından düşürərək yerə uzadıb yardım gösdərsələrdə artıq gec olub o bir neçə dəfə cirpinaraq vəfat edib. Daha sonra polis əməkdaşları gələrək onun cansız cəsədini örtüb və hadisə yerini nəzarətə alıblar.
Hal hazırki vəziyyəti göz önündə tutaraq sərnişinləri və sürücüləri səbrli olmağa çağırırıq bu həm də sizin sağlamlığınız həm də qəzalardan uzaq olmağınız üçün vacibdir !
Tərlan Qocaoğlu



Öz xəbərlərimiz  Tarix:   7 Noy 2020 / 15:46


« Əvvəlki xəbər (3170 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR