İsveç XİN Qarabağda hərbi əməliyyatların sona çatmasını alqışlayır

İsveçin xarici işlər naziri Ann Linde Dağlıq Qarabağla bağlı noyabrın 10-da imzalanan bəyanatı yüksək qiymətləndirib.
“Report” xəbər verir ki, o, bu barədə ATƏT Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.
“Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi və bu münaqişənin səbəb olduğu faciəvi insan tələfatı həll olunmamış münaqişələrə xas risklərdir. Ümid edirik ki, atəşkəs razılaşması ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında aparılan danışıqlar insanların əzab çəkməsinin qarşısını alacaq davamlı siyasi həll yoluna gətirib çıxaracaq”, - A.Linde bildirib.
İsveç XİN başçısı həmçinin bu ölkənin gələn il ATƏT-ə sədrliyinin prioritetlərini açıqlayıb. “İnsan hüquqları və gender bərabərliyi sahəsində demokratiyaya xüsusi diqqət ayırırıq və regionumuzdakı münaqişələrin həllinə töhfəmizi veririk. Bu hədəflərə çatmaq üçün hamınızla birlikdə çalışmağı səbirsizliklə gözləyirəm”, - deyə o çıxışını yekunlaşdırıb.
Xatırladaq ki, 1 yanvar 2021-ci il tarixdən ATƏT-də sədrlik Albaniyadan İsveçə keçəcək.



Xəbərlər  Tarix:   3 Dek 2020 / 17:27


« Əvvəlki xəbər (609 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45