Koronavirus vaksinasiyasında uğursuzluq: HİV aşkarlanır

Avstraliyada koronavirusa qarşı "UQ-CSL v451" peyvəndi vurduranlarda HİV testinin cavabı müsbət çıxıb, halbuki peyvənddən əvvəl testdən mənfi cavab alınmışdı. Nəticədə, sınaqlar dayandırılıb.
TASS-ın məlumatına görə, bu barədə Kvinslend Universiteti (Avstraliya) və CSL Limited biotexnologiya şirkəti birgə bəyanat yayıb.
Bildirilir ki, bir neçə iştirakçıda vaksin testlərinin cavabı yanlış çıxıb.
"Kvinslend Universiteti və CSL şirkəti Avstraliya hökuməti ilə məsləhətləşmələrdən sonra elan edir ki, "UQ-CSL v451" peyvəndi II və III mərhələdə sınaqlara davam etməyəcək, çünki immunitetin dərmanın komponentlərindən birinə olan reaksiyası HİV testləri zamanı müəyyən əngəllər yaradır", - deyə açıqlamada vurğulanıb.
Uğursuz sınaqların ilkin mərhələsindən sonra Avstraliya Milli Təhlükəsizlik Komitəsi "UQ-CSL v451" peyvəndinin hökumətin pandemiya strategiyasından xaric edilməsinə qərar verib.



Xəbərlər  Tarix:   11 Dek 2020 / 13:47


« Əvvəlki xəbər (963 / 5326) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR