Döyüş bölgəsində 1000-dən çox erməni hərbçinin cəsədi TAPILIB

Qarabağda döyüşlər zamanı ölən və itkin düşmən erməni hərbçilərin axtarışı davam edir.
Sonxeber.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun azad etdiyi ərazilərdə itkin düşmüş hesab olunan daha 19 erməni hərbçinin cəsədi tapılıb. Axtarışlar Beynəlxalq Qırmızı Xaç Komitəsi, Rusiya sülhməramlıları və Ermənistan tərəfinin nümayəndələri tərəfindən aparılır.
Axtarışlar hazırda Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində həyata keçirilir.
Ümumilikdə, noybarın 13-dən bu günə qədər Qarabağda 1039 erməni hərbçinin cəsədi aşkar olunub.



Xəbərlər  Tarix:   21 Dek 2020 / 12:35


« Əvvəlki xəbər (528 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45