Qoşqar Hacıyevin Anım Günü.



Qoşqar Zahid oğlu Hacıyev 1986-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.
2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Onun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tərəfindən nəzarətə alınaraq Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında aparılıb.
Qoşqar Hacıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Onun medalı 2019-cu ilin aprelin 20-də Gülhanə xəstəxanasında müalicə olunan zaman ailəsinə təqdim olunub. 11 fevral 2020-ci il tarixində müalicə aldığı xəstəxanada Şəhidlik zirvəsinə ucalıb. Qoşqar Hacıyev Qurd Qapısı Qəbristanlığında dəfn olunub. Bu il 11 fevral 2021-ci il tarixində Qurd Qapısı Qəbristanlığında Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov bir çox dövlət məmurları və Din xadimləri Qoşqar Hacıyevin anım günündə onun ailəsini tək qoymadılar. Seyid Elman Əsədullayevin təşkilatçılığı ilə Biz Həmişə Sizinləyik komandası Qoşqar Hacıyevin və Məzarları köçürülmüş Şəhidlərimizin xatirəsini yad edərək Şəhidlərimizin tabloları qarşısında Azərbaycan Respublikasının üç rəngli bayraqlarını dalğalandırdılar. Qeyd edimki Qoşqar Hacıyevin anım günü Həmdə doğulduğu Mingəçevir şəhərində də qeyd olundu.
Məqamın Mübarək Şəhidim
Ugurmedia.azın İctimai Əlaqələr Şöbəsinin Müdiri Mətanət Akifqızı



Xəbərlər  Tarix:   12 Fev 2021 / 16:20


« Əvvəlki xəbər (2632 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR