Şəhidimizin 2-ci övladı dünyaya gəldi

12 iyul 2020-ci il tarixində Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu,baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədovun 2-ci oğul övladı dünyaya gəlib.Dünyaya gələn körpəni Şəhidimizin şərəfinə Elşad adlandırıblar.Balaca Elşadın xəstəxanadan çıxarılması zamanı Seyid Elman Əsədullayevin təşkilatçılığı ilə Biz həmişə Sizinləyik komandası və Qazilərimiz tərəfindən xəstəxanada Azərbaycan Respublikasının 3 rəngli bayrağı açılaraq körpəni bayrağımızın önündən evə uğurlayıblar.Balaca Elşadın xəstəxanadan çıxarılmasında Vətən müharibəsində qaziləri Tanınmış müğənni Ruhi Əliyeva Yaşat fondunun və Xarı Bülbül fondunun nümayəndələri də iştirak edirdilər.Allahdan şəhidimizə rəhmət,Balaca Elşada isə sağlam ömür arzulayırıq.İctimai Əlaqədar Şöbəsinin Müdiri Mətanət Akifqızı.



Öz xəbərlərimiz  Tarix:   22 Fev 2021 / 16:57


« Əvvəlki xəbər (2631 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR