Ələkbərov Telman İqdam oğlunun cənnətdəki ilk mövludu

Ələkbərov Telman İqdam oğlu 1991-ci il mart ayının 30da Bakı şəhərində anadan olub. 1997 ci ildə Sabunçu rayonu 215nömrəli tam orta məktəbində 2003-cü ilə qədər təhsil alıb, 2003-cü ildən 2008-ci ilə qədər orta təhsilini Azərbaycan respublikası olimpiya idman litseyində davam etdirib. 2009-cu ildə həqiqi hərbi xidmətə çağrılıb 2011-ci ildə Goranboyda N saylı hərbi hissədə xidmətini bitirir. Qəhrəmanımız ali təhsil almağı qarşısına məqsəd qoyur və 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qiyabi daxil olur. Telman Ələkbərov ali təhsil almaqla bərabər iş fəaliyyətinidə dayandırmır. 2012-ci ildən 2019-cu ilə qədər Azərişıq Açıq səhmdar cəmiyyətində və daha sonra isə Azərsun açıq səhmdar cəmiyyətində mühafizə xidmətində işləyir. 2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ehtiyyat zabit hazırlığı kursunda motoatıcı tağım komandiri ixtisası üzrə təlim keçir. 2019-cu il yanvarın 29da kursu bitirdikdən sonra leytenant rütbəsində tağım komandiri kimi Ağdam rayonunda yerləşən N saylı hərbi hissənin motoatıcı taboruna təyinat alır. 7oktyabr 2020-ci ildə Ağdam rayonunu istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən qəhrəmancasına Şəhidlik zirvəsinə ucalır. Səmayə anamızın yeganə övladı olan Şəhidimiz Telmanın bu gün Cənnətdəki ilk mövlududur bu münasibətlə bu gün Şəhidimizin döyüş yoldaşları 2ci vətən müharibəsi qaziləri Prezident Mükafatçısı Respublikanın tanınmış idman ustası Ruhi Hüseynov idmançı Kamil Zeynallı Türkiyəli iş Adamı Engin Akdemir Olmaz unutmaq olmaz mahnısının ifaçısı Rövşən Binəqədilidə Şəhidimizin Mövludun da Səmayə anamızı tək qoymadılar. Cənnətdəki Mövludun Mübarək Şəhidim. Ugurmedia.az-ın İctimai Əlaqələr Şöbəsinin Müdiri Mətanət Akifqızı



Öz xəbərlərimiz  Tarix:   30 Mart 2021 / 22:17


« Əvvəlki xəbər (2516 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR